"Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Ahmet Nur Çelebi 48 yaşlı mütəxəssislə görüşərək yeni sövdələşmənin detallarını müzakirə ediblər.
Qeyd edək ki, "qara qartallar" S.Yalçının baş məşqçiliyi altında Superliqanın 2020/21 mövsümünün qalibi olub.