"Yuventus"dan ayrılan Canluici Buffon Türkiyə Superliqasına yollana bilər.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, 43 yaşlı qapıçı ilə "Beşiktaş" yaxından maraqlanır. 2020/21 mövsümü üzrə Türkiyə çempionunun italiyalı qolkiperə rəsmi təklif göndərəcəyi gözlənilir. Xəbərdə təklifin detalları açıqlanmayıb. 

Qeyd edək ki, "Parma" və "Cenoa" klubları Buffonu heyətinə qatmaq istəyir. Futbolçunun adı bir müddət öncə "Qalatasaray"la da hallanmışdı.