Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in gənc ulduzu Hannibal Mejbrini rənglərinə bağlamağa yaxındır.

Tunis millisinin də şərəfini qoruyan 18 yaşlı yarımmüdafiəçinin icarə əsasında keçidi üçün artıq qarşı tərəflə ilkin razılıq əldə edilib.

Onun yayda "cim-bom"un düşərgəsinə qoşulacağı bildirilir.

Qeyd edək ki, Mejbri bundan əvvəl "Monako"nun gənclərdən ibarət komandasında çıxış edib.