Fatih Terimin müqaviləsinin müddəti başa çatdığı üçün hazırda baş məşqçisiz qalan "Qalatasaray"da məşqlər Selçuk İnanın rəhbərliyi altında baş tutacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qalatasaray" 2021-2022 sezonu üçün təlim-məşq toplanışlarına başlayır. Komandamız 14 iyun tarixində Floryadakı düşərgədə bir araya gələcək. Məşqçimiz Selçuk İnanın rəhbərliyi altında hazırlıqlara başlayacaq "Qalatasaray"da 14 və 15 iyun tarixlərində sağlamlıq testləri baş tutacaq".