“Başakşəhər” klubu yarımmüdafiəçisi Mehmet Topal ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki,  35 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu yay başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədiyi üçün yollarını ayırıblar.

Qeyd edək ki, Topal 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi.