Növbəti mövsümə hazırlıqları davam etdirən "Göztəpə" klubu heyətini tanınmış futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi hazırda Portuqaliyanın "Rio Ave" klubunda çıxış edən Fabio Koentraunu rənglərinə bağlayıb.
Xarici mətbuatda yer alan xəbərlərə görə, 33 yaşlı cinah müdafiəçisi ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Portuqaliya çempionatında ötən mövsümü olduqca pis keçirən "Rio Ave" elitanı tərk edib.
Əlavə edək ki, portuqaliyalı futbolçu vaxtilə "Benfika", "Monako" və "Real"(Madrid) kimi klubların şərəfini qoruyub.