“Mançester Yunayted” klubu ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək Xuan Mata komandanı tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klubların sırasında “Qalatasaray” da var.

İspan futbolçu “Mançester Yunayted”lə müqaviləsini yeniləməsə, gələcək sərfəli təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Mata başa çatan mövsümdə “qırmızı şeytanlar”la 18 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.