Hazırda icarə əsasında "Lester"də çıxış edən və adı "Fənərbağça"ya transferlə hallanan Çingiz Ündərlə bağlı məsələyə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçinin meneceri Mirsad Türkcan məlumat verib.
O bildirib ki, Ündər Super Liqaya gəlmək niyyətində deyil. Cinah oyunçusunun əsas məqsədi Avropanın aparıcı çempionatlarında çıxış etməkdir.
Qeyd edək ki, ötən il "Roma"dan "Lester"ə icarəyə verilən futbolçu ümidləri doğrultmadığından yayda "tülkülər"in heyətini tərk edəcək.