"Fənərbağça" "Kristal Pelas"ın futbolçusu Patrik van Anholt üçün hərəkətə keçib.
Offsideplus.az "Hürriyyet"ə istiandən xəbər verir ki, "sarı-lacivərtlər" "Qalatasaray"ın heyətinə qatmaq istədiyi niderlandlı müdafiəçi ilə yaxından maraqlanır. Gələn mövsüm üçün güclü heyət qurmağı planlaşdıran "Fənər", "Cim-Bom"un hədəfində olan futbolçunu "oğurlayıb".
Belə ki, prezident seçkiləri səbəbindən transferlərdə geri qalan "Qalatasaray"ın bu durumundan faydalanan İstanbul təmsilçisi Anholtun agenti ilə əlaqəyə saxlayıb, danışıqlar aparılır.