Türkiyə Super Liqasında 2020/21-ci illər mövsümün çempionu olan "Beşiktaş" heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, "qara qartallar" son olaraq Madrid "Atletiko"sunda çıxış etmiş Dieqo Kostanı rənglərinə bağlamağa çalışır.

2020-ci ildən La Liqa təmsilçisindən ayrılan 32 yaşlı forvard hazırda azad agent statusu daşıyır. Onun sərbəstqalma məbləği mövcud olmadığından "Beşiktaş" futbolçunun meneceri ilə masa arxasına əyləşərək maaş məsələsini razılaşdırmağa çalışır.

Qeyd edək ki, Kosta karyerası ərzində "Braqa", "Valyadolid", "Çelsi" kimi klubların şərəfini qoruyub.