"Fənərbağça" klubu heyətini daha bir məşhur futbolçu ilə gücləndirə bilər.

 Offsideplus.az "Takvim" nəşrinə istinadən xəbər verir ki, söhbət London "Arsenal"ının braziliyalı müdafiəçisi David Luizdən gedir.

"Topçular"la müqaviləsinin müddəti 1 ay sonra başa çatacaq 34 yaşlı "sambaçı"nın İstanbul təmsilçisinə keçidi üçün "sarı-lacivərtlilər"in əfsanəvi oyunçusu olmuş Aleks de Souza fəaliyyətə keçib. 

Aleksin Luizlə bu yöndə danışıqlar aparacağı bildirilir.

Qeyd edək ki, Luiz 2019-ci ildə "Çelsi"dən "Arsenal"a transfer edilib.