Ümit Davala "Qalatasaray"la yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Fatih Terimin köməkçisi bu barədə Tvitter hesabında məlumat yayıb. "Qalatasaray"la vidalaşan 48 yaşlı mütəxəssis karyerasında yeni səhifə açacağını bildirib.

 Qeyd edək ki, "Cim-Bom"da Fatih Terimin də müqaviləsinin müddəti bitib. Köməkçisi Ümut Davala 2011 - 2013-cü illərdə və 2018-ci illərdə "Qalatasaray"da çalışıb.