Dünən Fatih Terimin "Qalatasaray"la müqaviləsi rəsmən başa çatıb.

Offsideplus.az "Footmercato"ya istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis Fransa klubunun baş məşqçi namizədləri arasındadır. Belə ki, Kristof Qaltye ilə yollarını ayıran "Lill" bu baş məşqçilərdən birini komandaya gətirmək istəyir: Klaudio Ranyeri, Loran Blan, Lusyen Favr Fatih Terim

Qeyd edək ki, "Lill" 2020-21 mövsümü üzrə Fransa çempionu olub.