Növbəti mövsümə hazırlıqları davam etdirən "Fənərbağça" bir neçə futbolçusu ilə yolları ayırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi cari mövsümdə zədələrlə yadda qalan Filip Novakı göndərir.
"Kanarya"nın heyətində formageyinmə şansı əldə edə bilməyən 30 yaşlı müdafiəçinin yayda komandadan göndəriləcəyi planlaşdırılır.
Qeyd edək ki, "sarı-larcivərtli" forma ilə cəmi 9 oyuna çıxan Novak ötən il azad agent kimi "Fənərbağça"ya transfer edilmişdi.