"Beşiktaş" "Atletiko"nun sabiq futbolçusu Dieqo Kostanı transfer etməyə hazırlaşır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "qara qartallar" futbolçunun agenti ilə danışıqlar aparır. "Beşiktaş" 32 yaşlı hücumçunun illik 4 milyon avro maaş və 2 milyon avro transfer məbləği tələblərinin yarısını ödəməyə hazırdır. 

Klub rəhbərliyi komanda ilə də görüşüb onların razılığını alıb. 

Qeyd edək ki, yanvar ayında "Atletiko"dan ayrılan Kosta hazırda klubsuzdur.