"Fənərbağça" iki futbolçu ilə yollarını ayıracaq.
Offsideplus.az "Sabah"a istinadla xəbər verir ki, Sərdar Əzizlə Marsel Tisserand baş məşqçinin növbəti mövsüm üçün planlarına aid deyil. Əmrə Belözoğlu adıçəkilən futbolçuları sərəncamında görmək istəmir.
Qeyd edək ki, Sərdar son Super Liqa mövsümündə 27 oyunda 3, Marsel isə 25 matçda 1 qol vurub.