"Qalatasaray"ın prezidenti Mustafa Cengiz və baş məşqçi Fatih Terim arasında gərginlik davam edir.
Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, 71 yaşlı funksioner Terimi komandada saxlamamaq qərarında qətidir. Mustafa Cengizin klub içində etdiyi söhbət zamanı bu sözləri deyib:
"Məşqçimiz kimi istədisə, transfer etdim. Gələn futbolçuların karyerası və maliyyəsi ortadadır. Ancaq rəhbərlik olaraq xərclədiyimiz pulun qarşılığını ala bilmədik. Əldən verilən iki çempionluq 130 milyon avroya başa gəldi!"
Qeyd edək ki, mayın 31-i Fatih Terimin "Cim-Bom"la müqaviləsi başa çatır.