"Trabzonspor" klubu iki yeni transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, sözügedən futbolçula Jervinyo və Bruno Peresdir.  33 yaşlı hücumçu ilə 2, 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Onların hər ikisi Trabzon təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, Jervinyonun son klubu "Parma", Peresin isə "Roma" olub.