Bir dönəm "Qalatasaray"da forma geyinmiş fransalı Bafetimbi Qomis yenidən Türkiyəyə qayıdır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Alanyaspor" klubu 35 yaşlı hücumçu ilə danışıqlar aparır.

Qeyd edək ki, Qomis bu mövsüm Səudiyyə Ərəbistan çempionatında 28 oyunda 21 qol, 4 məhsuldar ötürmə edib. O, 2018-ci ildə "Qalatasaray"dan "Əl Hilal"a keçmişdi.