Yeni mövsüm üçün baş məşqçi axtarışında olan "Fənərbağça" "Ferentsvaroş"un baş məşqçisi Sergey Rebrov ilə görüşüb.

Offsideplus.az "Football24TV"yə istinadən xəbər verir ki, Macarıstan klubunu ardıcıl 3 il ölkə çempionu edən ukraynalı mütəxəssis "sarı-lacivərtlər"lə ciddi müzakirələr aparır. Rebrovun "Ferentsvaroş" rəhbərliyi ilə arasında gərginlik olduğu və müqaviləsinin bir ildən sonra bitməsinə baxmayaraq, komandadan ayrılmaq istədiyi bildirilir.

2002-2004-cü illərdə "Fənərbağça" formasını geyinən 46 yaşlı çalışdırıcı Yunanıstanın AEK klubundan gələn təklifi rədd edib. Onun qarşı tərəfə "Fənərbağça" ilə danışıqlar aparıram", dediyi qeyd olunur.

Fenerbahçe'de flaş Rebrov gelişmesi