Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İctimai TV-də yayımlanan "Bol idman" verilişinə müsahibə verib.
Offsideplus.az xəbər verir ki, 69 yaşlı mütəxəssis "Bursaspor"da çalışdığı dönəm Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovu transfer etmək istədikıərini açıqlayıb:
"Azərbaycanın yeni komandası var. Ona görə çox futbolçunu tanımıram. Amma əvvəlki heyətdən çıxışına bələd olduğum futbolçular var idi. Hazırkı komandadan Bədavi Hüseynovu tanıyıram. "Qarabağ"da çıxış edir, müdafiəçidir. Hətta "Bursaspor"da işləyərkən onu transfer etməyi düşünürdük. Ümumiyyətlə, "Qarabağ" son illər həm ölkə çempionatında, həm də avrokuboklarda uğurla çıxış edir. Bu mövsüm isə "Neftçi" onları qabaqladı. Bunun özü də böyük uğurdur".
Qeyd edək ki, Şenol Günəş 2014-2015-ci illərdə "Bursaspor"un baş məşqçisi olub.