"Qalatasaray"ın prezidenti Mustafa Cengiz və Fatih Terim arasında gərginlik davam edir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, bir neçə gün öncə Cengiz, Terimin prezident olmaq arzusunda olduğunu və klubun prezidenti olduğu müddətcə 67 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmayacağını açıqlayıb. Terim isə sosial şəbəkə hesabından məktub paylaşaraq, 71 yaşlı funksionerə şəfa diləyib.
İkilinin münasibətləri pozulduğundan Cengiz komandanın başına gətirmək üçün iki baş məşçini düşünür. Onlardan biri, özünün yaxın dostu olan Mustafa Denizlidir.
İkinci əsas namizəd isə ən son Almaniya klubu "Herta"nı çalışdıran Yurgen Klinsmandır. Almaniyalı mütəxəssis ilə danışıqlara başladıldığı bildirilir.