Ukrayna "Zarya""Fənərbağça"nın futbolçusunu transfer etmək istəyir.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son mövsümü icarə əsasında adıçəkilən Ukrayna klubunda keçirmiş Allahyar Sayyadmaneşin sərgilədiyi oyun baş məşqçi və klub rəhbərliyini razı salıb. Odur ki, iranlı futbolçunu transfer etməkdə maraqlıdırlar. Bunun üçün "Fənərbağça"ya 3,5 milyon avro ödəmək lazımdır. Tərəflər arasındakı danışıqlar uğurla davam etsə, məbləğin aşağı salınması mümkün olacaq. 

Qeyd edək ki, 19 yaşlı hücumçu "Zarya"da 26 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.