Növbəti mövsüm Bafetimbi Qomislə bərabər hücum xəttində yer almaq üçün daha bir hücumçu axtaran "Qalatasaray" istədiyi oyunçunu tapıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" Mario Mandzukiçi heyətin qatır. İddialara görə, İstanbul klubu 31 yaşlı xorvat ulduz üçün "Yuventus"la danışıqlara başlayıb və ilk görüşlərdə müəyyən razılıqlar əldə olunub. Mandzukiçin özünün də gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacağı demək olar ki, rəsmiləşən "Qalatasaray"da çıxış etməyin əleyhinə olmadığı deyilir.
Qeyd edək ki, Mandzukiç 2015-ci ildən "Yuventus"da çıxış edir.