"Qalatasaray"ın prezidenti Mustafa Cengizin açıqlamalarına komandanın baş məşqçisi Fatih Terimdən cavab gəlib.
Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə öz tvitter hesabında paylaşım edib:
"Baş tutan mətbuat konfransından milyonlarla "Qalatasaray"lı kimi mən də kədərlənərək xəbər tutdum. Artıq gündəlik hal alan, bəzən qapalı qapılar arxasında, bəzən isə mətbuata açıq şəkildə mənə, iş yoldaşlarıma və futbolçularım barədə ittihamlara verəcəcəyim cavabların nə olacağının maraq doğurduğundan xəbərdaram. Ancaq, hazırki prezident barədə edə biləcəyim tək şey ona şəfa diləməkdir. Hörmətlə".
Qeyd edək ki, Mustafa Cengiz idarə heyətindən namizəd çıxarsa, onu dəstəkləyəcəyini bildirən klub rəhbəri özünün namizəd olmağı düşünmədiyini deyib. Cengiz idarə heyətindən namizəd olmazsa, yenidən prezident ola biləcəyini vurğulayıb. Bundan əlavə, yenidən prezident olsa, türk mütəxəssislə əməkdaşlığa davam etməyi düşünmədiyini bildirib.