"Qalatasaray" futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cim-Bom" Markao ilə yeni müqavilə imzalayıb. Braziliyalı müdafiəçinin anlaşmasının müddəti 2024-ci ilin yayına qədər uzadılıb. 

24 yaşlı oyunçunun 2022-23 sezonunda 1.3 milyon avro, 2023-24 sezonunda isə 1.4 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, 2019-cu ildən “Qalatasaray”ın şərəfini qoruyan Markao bu mövsüm Superliqada 37 oyuna çıxıb.