Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" tanınmış müdafiəçini gətirmək niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi istədiyi oyunçunu "Milan"da tapıb. Türkiyə mətbuatının yazdığına görə, "sarı-larcivərtlilər" eyniadlı şəhər təmsilçisinin müdafiəçisi Simon Kyaeri sıralarına qatmağa yaxındır.

"Kanarya"nın baş məşqçisi Emre Belözoğlu 32 yaşlı danimarkalı futbolçunu israrla sərəncamında görmək istəyir. Kyaer üçün danışıqların getdiyi bildirilir.

Onun "rossonyerlər"lə müqaviləsinin müddəti 2022-ci ilə qədərdir.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm 27 matçda forma geyinib.