"Qalatasaray"ın qapıçısı Fernando Muslera komandadan ayrıla bilər.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə Superliqanın son turunda  "Yeni Malatyaspor"la (3:1) oyundan sonra Fatih Terimə deyib. Uruqvaylı qapıçı Terimə, "Sən olmasan, mən də olmayacam", deyə müraciət edib.

Qeyd edək ki, Fatih Terimin "Cim-Bom"la müqaviləsi mayın 31-də başa çatır. Muslera isə bir neçə ay öncə müqaviləsinin müddətini 2024-cü ilədək uzatmışdı.