Çinin "Tianjin Quanjan" klubu "Beşiktaş"ın təcrübəli futbolçusu Rayan Babeli transfer etmək istəyir.

Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, Asiya təmsilçisi hollandiyalı futbolçu üçün "Beşiktaş"a 13 milyon avro təklif edir. "Qara qartallar"ın da bu təklifə müsbət yanaşdığı bildirilir. Futbolçunun özünün buna razılıq verəcəyi təqdirdə, klub rəhbərliyi onu satmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, 31 yaşlı Babel ötən ildən "Beşiktaş"a çıxış edir.