"Fənərbağça" əsas rəqiblərindən birinin iki futbolçusunu gözaltı edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Aspor"un əməkdaşı Murat Özbostan "Spor Ajansı" verilişində məlumat verib. Həmkarımız "Fənərbağça"nın "Beşiktaş"ın ulduz futbolçuları - Vinsent Abubakar və Dorukhan Toközlə yaxından maraqlandığını deyib. Futbolçular Çempionlar Luqasında çempion etdikləri komandaya kömək etmək istəsələr də, "Fənər"in sərfəli maliyyə şərtləri Abubakarla Toközu "sarı-lacivərdlər"ə əlaqə qurmağa məcbur edib.
Qeyd edək ki, Vinsent cari mövsümdə 26 oyunda 15 qol vurubsa, Dorukhan 31 görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hər iki futbolçunun "Beşiktaş"la müqaviləsinin müddəti gələn ay başa çatır.