"Fənərbağça"nın ulduzu Məsut Özilin komanda ilə yollarını ayırmaq və ABŞ-a yollanmaq istədiyi iddia olunur.
Offsideplus.az xəbər verir ki, bu barədə "Hurriyyet" məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin "sarı-lacivərtlər"in bu mövsümkü uğursuzluğundan məmnun olmadığı bildirilir. Belə ki, Özil, 2020-21 sezonunu titulsuz bitirən "Fənərbağça"dakı xaosdan bezib və karyerasını ABŞ-da davam etdirməyi arzulayır.
Hətta, türk futbolçunun zədəsini bəhanə edərək "Kayserispor" səfərinə yollanmadığı qeyd olunur.