Türkiyə Superliqasının sonuncu turunda "Fənərbağça" "Kayserispor"a qalib gəlsə də, çempion "Beşiktaş" olub.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş məşqçi Emre Belözoğlunun hərəkəti azarkeşlərin qəzəbinə tuş gəlib. "Kayserispor"un çalışdırıcısı Yalçın Koşukavakla söhbət edərək gülən Belözoğlu sosial şəbəkələrdə tənqid hədəfi olub.
Oyundan sonra "Ülker Stadionu"nun önünə pankart asan azarkeşlər, "hamınız gedin", - deyə rəhbərliyə müraciət edib.