"Qalatasaray"ın baş məşqçisi Fatih Terim barədə sənədli film çəkiləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə serial, film və sənədli film platforması olan "Netflix"in Türkiyə səhifəsi Tvitterdə paylaşım edib: "Fatih Terim sənədli filmi yaxında "Netflix"də". 

67 yaşlı mütəxəssis paylaşıma münasibət bildirib: "Kameraları, işıqları hazırlayın, başlayırıq".