"Fənərbağça" növbəti mövsüm üçün sabiq "Qalatasaray"lı futbolçu ilə güclənmək niyyətindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-larcivərtlilər" "cim-bom"un sabiqi Emre Mor üçün hərəkətə keçib.
"Kanarya"nın baş məşqçisi Emre Belözoğlu bu transferə təsdiq verib və hazırda keçid üçün danışıqlar gedir.
Qeyd edək ki, "Selta Viqo"nun oyunçusu olan 23 yaşlı cinah yarımmüdafiəçisi 2019/2020-ci illər mövsümündə icarə əsasında "Qalatasaray" forması geyinib.