Türkiyə Super Liqasına yüksələn "Adana Demirspor" baş məşqçisi Samet Aybaba ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, türk mütəxəssislə 2 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Adana Demirspor" bu mövsüm S.Aybabanın rəhbərliyi altında 1-ci liqanın qalibi olub və elitaya vəsiqə qazanıb.