“Qalatasaray”ın futbolçusu Mustafa Mohamed sıradan çıxıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Superliqanın 40-cı turunda “Beşiktaş”la oyunda (3:1) xəsarət alıb. Sol ayaq biləyinin toxumaları əzilən misirli futbolçunun mövsümün son iki turunda keçiriləcək oyunları buraxacağı bildirilir.
Qeyd edək ki, Mustafa, bu mövsüm 14 matça çıxıb, 6 qol vurub.