Transfer çalışmalarına davam edən "Fənərbağça" Cengiz ÜndərVedat Muriqini istəyir.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" bu iki futbolçunu icarəyə götürmək üçün anlaşmağa çox yaxındırlar. İcarə əsasında "Lester"də çıxış edən Ündər, bu mövsüm 19 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə edib. "Roma"ya məxsus olan 23 yaşlı vingerin İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü ildə bitsə də, əsas heyətdə çıxış etməyə şansı yoxdur.

Mövsümün əvvəlində "Fənərbağça"nın 18,5 milyon avroya satdığı Vedat Muriqi isə, "Latsio"da 29 oyuna 2 qol vurduğu üçün hazırda gözdən düşüb.