Türkiyə Superliqasının 40-cı turunda "Fənərbağça" "Ankaragücü"nün qonağı olub.
Offsideplus.az xəbər verir ki, oyunda hesabı meydan sahibləri 3-cü dəqiqədə açıb. 42-ci dəqiqədə Ozan Tufanın qolu ilə "sarı-lacivərtlər" fasiləyə heç-heçə ilə yollanıb. 90+6-cı dəqiqədə Valensiyanın vurduğu qol çempionluq yarışında "Fənərbağça"ya nəfəs verib.
Qeyd edək ki, turnir cədvəlinə 81 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" 79 xalla ikinci, "Qalatasaray" isə 78 xalla üçüncüdür.
Oyunun icmalını təqdim edirik:
"Ankaragücü" – "Fənərbağça" - 1:2 (A.Potuk, 3 – O.Tufan, 42. Valensiya, 90+6.)