Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" ulduz futbolçunu transfer etmək niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, "sarı-larcivərtlilər" "Arsenal"ın braziliyalı müdafiəçisi David Luizi rənglərinə bağlamaq istəyir.

İngiltərə mətbuatında yayılan xəbərlərə görə, İstanbul təmsilçisi artıq 34 yaşlı "sambaçı" üçün qarşı tərəflə təmasa keçib.

Luizin özü ilə də ilk görüşün keçirildiyi bildirilir.

"Arsenal"da həftəsinə 140 min avro qazanan braziliyalı üçün "Fənərbağça"nın hansı məbləği təklif etdiyi maraqla gözlənilir.

Qeyd edək ki, futbolçunun "topçular"la müqaviləsinin müddəti bu yay başa çatır.