“Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz qarşıdan gələn seçkilərdə namizəd olmayacağını bildirib.
Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında növbədənkənar prezident seçkilərində namizəd olmamaq qərarını verdiyini bəyan edib.
Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.