"Fənərbağça" klubu "Lill"in ulduzu Burak Yılmazın mümkün transferi iddialarını yalanlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Sarı-lacivərtlər" açıqlama ilə yayılan şayiələrə son qoyub:
"Bu gün televiziya kanallarından birində Ozan Zeybek adlı şərhçi klubumuzunun gələn mövsüm üçün Burak Yılmazla razılığa gəldiyini açıqlayıb. "Dəqiq məlumatlar" adı ilə paylaşılan bu iddialar doğru deyil. Həmin şəxsin "klubdan məlumat alıram", - deyə verdiyi xəbərlərə azarkeşlərimizin və mətbuatın inanmamasını xahiş edirik".