Fatih Terim gələn mövsüm üçün transfer planları hazırlayır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis "Tottenhem" və "Barselona"nın sabiq ulduzu Paulinyonu heyətində görmək istəyir. Terim, transfer baş tutarsa, braziliyalı yarımmüdafiəçinin "Cim-Bom"da Felipe Melo təsiri buraxacağına inanır.
Qeyd edək ki, 32 yaşlı futbolçu hazırda Çinin "Quanjou Everqrand" klubunda çıxış edir.