"Beşiktaş" iki vacib futbolçusu ilə yola davam etmək niyyətindədir.
Offsideplus.az "Aspor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi ötən yay "1+1" şərti ilə anlaşdığı Vinsent Abubakar və Gökhan Törə ilə yeni müqavilə bağlamaq istəyir. "1" şərtinin qüvvəyə minməsi üçün hər iki tərəfin razılıq verməsi önəmlidir ki, klub rəhbərliyi futbolçuları saxlamaqda ikiəlli razıdır. Çempionluğa doğru inamla addımlayan Abubakarla Törə də növbəti mövsümdə Çempionlar Liqasında oynayacağı kifayət qədər real görünən komandanın uğurları üçün tər tökməkdə maraqlıdır.
Qeyd edək ki, 29 yaşlı hücumçu cari Super Liqa mövsümündə 26 matçda 15 dəfə fərqlənib. Gökhanın aktivində isə 18 oyunda 3 qol var.