Burak Yılmazın Fransada qolları sıralaması Türkiyə klublarını yenidən hərəkətə keçməyə məcbur edib.
Offsideplus.az xəbər verir ki, "Lill"i çempionluğa daşıyan 35 yaşlı forvard "divlər"in hədəfindədir. Konkretləşdirsək, "Fənərbağça" ilə "Qalatasaray" təcrübəli forvardın heyətinə qatmaq üçün bütün gücünü səfərbər edib. Düzdür, "Fənər" maddi imkanlarına görə daha şanslı görünür. Lakin Burakın 2012-2016-cı illər aralığında sarı-qırmızı formada xarüqələr yaratdığını nəzərə alsaq, iki klubdan hansını seçəcəyi maraq doğurur. İddialara görə, Burak daha 1-2 il Avropada oynamaq istəyir. Lakin vətənində təklif olunan maliyyə şərtləri olduqca cəlbedicidir.
Qeyd edək ki, Türkiyə millisinin hücumçusunun "Lill"lə müqaviləsi 2022-ci ilin yayına qədərdir.