Türkiyə Superliqasının 39-cu turunda "Qalatasaray" "Genclerbirliyi" ilə üz-üzə gəlib.

Offsideplus.az Opta-ya istinadən xəbər verir ki, "Cim-Bom"un 2:0 hesablı qələbəsi ilə başa çatan matç Fatih Terim üçün əlamətdar olub. 67 yaşlı mütəxəssis 2011-ci ildən bəri ilk dəfə səfərdə "Gənclərbirliyi"nə qalib gəlib. Bundan öncə, Terimli "Qalatasaray" 2 heç-heçə və 1 məğlubiyyət yaşamışdı.

Qeyd edək ki,xallarının sayını 75-ə çatdıran "sarı-qırmızılar" turnir cədvəlində ikinci yerdədir. "Beşiktaş" 81 xalla birinci, "Fənərbağça" isə 73 xalla üçüncü yerdə qərarlaşıb.