"Fənərbağça" klubunun 100 illiyində komandanın kapitanlıq sarğısını daşıyan, daha sonra Almaniyanın "Köln" klubuna transfer edilən Ümit Özat açıqlamaları ilə gündəmə gəlib.

 Offsideplus.az xəbər verir ki, "Ankaragücü" və "Gənclərbirliyi" kimi klublarda baş məşqçi kimi də işləyən Özat "Fənərbağça"nın əfsanəvi oyunçularından biri olan Aleks de Souza haqda danışıb. O, Aleksin bu qədər böyüdülməməli futbolçu olmadığını bildirib:

"Bəzi oyunçular bacarıqları ilə, bəziləri də liderlik keyfiyyətləri ilə kapitan olurlar. Aleks bacarıqlı olmasaydı, ona kapitanlıq verilməzdi. Heykəl mövzusuna gəlincə, Can Bartunun abidəsi ucaldılmayıbsa, Aleks kimdir? Biz heç, heç Oğuz Çətinin də heykəli yoxdur. Aleksinki olmalıdır? "Beşiktaş"ın Sərgən Yalçını, "Qalatasaray"ın Hacisi vardı deyə Aleks bu qədər şişirdilib".

Qeyd edək ki, braziliyalı futbolçu 2004/2012-ci illər aralığında İstanbul təmsilçisinin şərəfini qoruyub.