Fransanın “Lill” klubunun hücumçusu Burak Yılmaz növbəti mövsümdən yenidən ölkəsində çıxış edəcək.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  35 yaşlı forvard yayda Fransanı birdəfəlik tərk edəcək. Buna səbəb kimi onun “Fənərbağça” ilə anlaşması göstərilib.

Türkiyə millisinin üzvünün daha yüksək məvacib əsasında "sarı-larcivərtlilər"lə sövdələşmə imzaladığı bildirilir.

Qeyd edək ki, 2008/2009-cu illərdə “Fənərbağça”nın formasını geyinib.