Türkiyənin "Trabzonspor" klubu "Visla"nın futbolçusu Aleksandr Buksanı heyətinə qatmaq istəyir.

Offsideplus.az Polşa mətbuatına istinadən xəbər verir ki, Trabzon təmsilçisi 19 yaşlı forvardın transferini bitirmək üzrədir. Bildirilir ki, uzun müddətdir Buksa ilə yaxından maraqlanan "Trabzonspor", ona imtina edə bilməyəcəyi transfer təklifi edib.

Qeyd edək ki, Polşanın U-19 millisində forma geyinən Aleksandrın, "Visla" ilə anlaşması mövsümün sonu başa çatır. Gənc hücumçunu "Bavariya"nın ulduzu Robert Levandovski ilə müqayisə edirlər.