"Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu İtaliya klublarından birinin təklifini geri çevirib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi bu barədə "İnter" klubuna yaxınlığı ilə tanınan "fcinternews.it" saytına danışıb. Ağaoğlu, futbolçusu Uğurcan Çakır üçün "İnter" klubundan rəsmi təklif gəlmədiyini də açıqlayıb:
"Maraqlandıqlarını xəbərlərdən oxusaq da, "İnter"dən rəsmi təklif gəlməyib. Bir fransız, bir alman və bir İngiltərə klubu olmaqla, bəzi klublar nümayəndələri vasitəsilə bizimlə əlaqəyə keçib. İtaliya klublarından biri 19 milyon avro dəyərində rəsmi təklif də edib. Ancaq yüksək səviyyəə klub olmadığı üçün təklifi rədd etdik".
Ahmet Ağaoğlu, klub və 25 yaşlı qolkiperin yüksək səviyyədə klub ilə anlaşmaq istədiyini qeyd edib.