Emre Belözoğlunun "Fənərbağça" komandasının sükanı arxasına keçəndən sonra uğurunun sirri məlum olub.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis "sarı-lacivərtlər"də keçmiş baş məşqçisi Dieqo Simeonenin yolu ilə gedir. "Fənərbağça" ilə çıxdığı 5 oyuna 4 qələbə və 1 heç-heçə əldə edən Belözoğlu və yarımmüdafiəçi Xose Sosa, 2012-14-cü illərdə birlikdə çalışdıqları "Atletiko"nun baş məşçisinin oyun tərzini təkrarlayırlar.
Belə ki, Emre 2012-13 mövsümündə, Xose Sosa isə 2014-cü ildə Simeoneli "Atletiko"da çıxış edib. Həmin illərdə futbolçularını 4-1-4-1 və 4-2-3-1 sistemi ilə oyuna çıxardan Simeonenin tərzini, indi sabiq futbolçuları "Fənərbağça"da təkrarlayırlar.
Qeyd edək ki, turnir cədvəlində "Beşiktaş" 75 xalla birinci, "Fənərbağça" 72 xalla ikinci, "Qalatasaray" isə 69 xalla üçüncüdür.